Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Corc Vaşinqtonun oğurlanmış rəsm əsəri tərk edilmiş otel otağında tapıldı

Orkhan Ali 02 Aprel 2025 - 20:24 (Last updated: 21 May 2025 - 20:15)
Corc Vaşinqton

Corc Vaşinqton

ABŞ-ın İnqlvud şəhərinin polisi ölkənin ilk prezidenti Corc Vaşinqtonun təsvir olunduğu oğurlanmış rəsmi taparaq geri qaytarıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Rəsm əsəri oğurluqdan bir ildən çox vaxt keçdikdən sonra aşkar edilib. Şüşə üzərində işlənmiş bu portret məşhur amerikalı rəssam Gilbert Stüartın yaratdığı Vaşinqton portretinin surətidir.
“Freeman’s” hərrac evinin təsviri incəsənət üzrə direktoru Monika Braun bildirib ki, bu rəsmin 1798-ci ildə naməlum çinli rəssamlar tərəfindən yaradıldığı ehtimal edilir. Dünyada bu cür təxminən 100 nüsxə mövcud olub, lakin hazırda onlardan yalnız altısı barədə məlumat var. Dördü muzey kolleksiyalarında saxlanılır, bir neçəsi isə şəxsi kolleksiyalarda yer alır.
Braunun sözlərinə görə, bu tip rəsmlərin qiyməti vəziyyətindən asılı olaraq dəyişir, lakin ABŞ-ın qurucu atalarının təsvirləri sənət bazarında yüksək tələbatla qarşılanır. Onun fikrincə, tapılan rəsmin dəyəri 150 min dollara çata bilər.
Corc Vaşinqtonun təsvir olunduğu bu rəsm əsəri 2024-cü ilin yanvar ayında İnqlvud şəhərindəki bir anbarlardan oğurlanmışdı. Məsələni araşdıran polis zabiti Kristian Kontos bildirib ki, əsər otelin tərk edilmiş otağında tapılıb. Hadisə ilə bağlı hələlik heç kim saxlanılmayıb və oğrunun kimliyi naməlum olaraq qalır.
“Çox güman ki, oğru onun dəyərindən xəbərsiz olub və əsəri hansı problemlərə səbəb ola biləcəyini anlayaraq tərk edib. Oğurlanmış sənət əsərlərini internetdə açıq şəkildə satışa çıxarmaq asan deyil”, deyə detektiv qeyd edib.

Post navigation

Previous: Evakuatordan oğurluq edən şəxsə 2 ay həbs cəzası
Next: Məktəblərdə tədris ili mayda bitəcək? –

Oxşar xəbərlər

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
putin
  • Dünya

Putinin Ukraynanı məğlub etmək üçün 4 planı var – ikisi artıq iflasa uğrayıb

User 13 Noyabr 2026 - 19:23

xƏBƏR

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına...
Read more about Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı
“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.