COVİD-19-un laboratoriyadan sızma versiyası niyə ağlabatan sayılır? –“The Washington Post”

Dünyada 3 milyondan çox insanın həyatına son qoymuş koronavirusun mənşəyi hələ də sirr olaraq qalır.

Ancaq son aylar virusun Vuhan Virusologiya İnstitutundan (VVİ) sızması versiyası yenidən gündəmə gəlib, onun mümkünlüyünə dair fikirlər səslənib. Halbuki vaxtilə bu versiyanı gülünc konspirologiya sayanlar vardı. “The Washington Post” qəzetində sözügedən ehtimal ətrafında baş verənlərin xronologiyasını təqdim edib.

Müəllif Qlen Kesler yazır ki, əvvəla, virusun təbii mənşəyini aşkarlamaq cəhdləri alınmayıb. İkincisi, ilkin dönəmdə laboratoriyadan sızma versiyası virusun biosilah kimi yaradılması spekulyasiyası ilə qarışırdı. Buna görə də alimlər asanlıqla laboratoriya versiyasını kənara qoyurdular. Amma Çin tərəfdən şəffaflığın olmaması, Vuhandakı laboratoriyaya diqqətin artması bəzi alimləri bu versiyanı çıxdaş etməkdə tələsdiklərini dilə gətirməyə vadar edib.

Vaxtilə Senator Tom Koton Vuhandakı laboratoriyanı göstərərək Çindən cavab tələb edirdi. “O haqlı çıxarsa adı tarix kitablarına düşəcək”, – müəllif yazır. Tramp administrasiyası laboratoriya ssenarisini üzə çıxarmağa çalışsa da yalnız ümumi, o qədər də aydın olmayan kəşfiyyata istinad edirdi. Digər tərəfdən, Tramp administrasiyasının mesajı arxasında antiçin ritorikası dayanırdı.

Laboratoriyadan sızma versiyası ilə bağlı ən son hadisə 18 tanınmış alimin “Science” jurnalına məktubu oldu. Onların fikrincə, yeni araşdırma lazımdır, çünki “həm laboratoriyadan təsadüfi sızma, həm də heyvanlar vasitəsilə yayılma versiyaları ağlabatandır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ruhani seçkiyə daha çox namizədin buraxılmasını istəyir:

Sonrakı məqalə

Azərbaycan əsgərləri daha bir qrup erməni hərbçini sərhəddən qovdu –