Çoxlu kartof yemək depressiyaya səbəb olur –İnsanda həyəcan yaradan 6 qida /ARAŞDIRMA

İsfahan Tibb Elmləri Universitetinin (İran) alimləri depressiya və narahatlıq riskini artıran “sağlam olmayan bitki qidaları”nın siyahısını müəyyən ediblər.

Azpost.info bildirir ki, araşdırmaların nəticələri “PLOS One” jurnalında dərc olunub.

Tədqiqat göstərib ki, bu gün məşhur olan bitki əsaslı pəhrizlərin heç də hamısı sağlam deyil və onlara əməl edən insanların hansı qidaları yeməsi vacibdir. Müəlliflər qeyd ediblər ki, ən çox “qeyri-sağlam” tərəvəz və meyvə növlərini gənclər – yəni ən çox pəhriz saxlayanlar seçirlər.

Qidalanma sahəsində aparılan bir çox araşdırmalar göstərir ki, pəhriz insanın psixi vəziyyətinə və sağlamlığına ciddi təsir göstərə bilər. İran alimləri bitki mənşəli qidaların psixoloji pozğunluqlarla əlaqəli olub-olmadığını daha ətraflı öyrənmək qərarına gəliblər.

Komanda müxtəlif bitki mənşəli yemək nümunələrini xarakterizə edən indekslər hazırlayıb: ümumi, sağlam və qeyri-sağlam. Tədqiqatda ciddi xəstəlikləri olmayan 18 və daha yuxarı yaşda olan 2033 nəfər iştirak edib. Onlar  il yarım ərzində yedikləri yeməklərlə bağlı gündəlik qeydlərini yazıblar. Cins, yaş, pis vərdişlər və sosial-iqtisadi vəziyyət də nəzərə alınıb.

Alınan məlumatlar hər bir bitki məhsulunun, enerji və qida maddələrinin istehlakının ortalama qəbulunu hesablamaq üçün təhlil edilib. Könüllülərin, həmçinin həkimlərin pozuntu əlamətlərini müəyyən etmək üçün istifadə etdikləri Hospital Anksiyete və Depressiya Şkalasının (HADS) İran versiyası üzərində sınaqdan keçirilib.

Nəticələr göstərib ki, daha çox kartof, təmizlənmiş taxıl və taxıl məhsulları, meyvə şirələri, bitki mənşəli desertlər, şirniyyatlar və yüksək şəkərli içkilər istehlak edən insanların sağlam olmayan bitki əsaslı pəhriz indeksi var. Onlar daha tez-tez depressiyaya və narahatlığa meylli olublar, və ya bunun inkişaf riski yüksək olub.

Bütün taxıllar, qoz-fındıq, paxlalılar, bitki yağları, çay/qəhvə və digər sağlam meyvə və tərəvəz yemək psixoloji narahatlıqla əlaqəli deyil.
Müəlliflər həmçinin qeyd ediblər ki, gənc iştirakçıların qida rasionunda ümumilikdə bitki mənşəli qidalar, o cümlədən sağlam olmayanlar daha çox olub. Yaşlı insanlar da daha sağlam bitki qidaları yeməyə meyllidir, buna görə də onların Sağlam Qidalanma İndeksi alma ehtimalı daha yüksək olub.

Alimlər bitki əsaslı pəhrizin psixikaya təsiri ilə bağlı bir neçə izahat təklif ediblər. Məsələn, qeyri-sağlam bitki qidalarının əksəriyyəti yüksək glisemik indeksə ( qlükozanın qan dövranına nə qədər tez daxil olduğunu göstərən ölçü-red) malikdir.  Glisemik yük aşağı qida tərkibi, bağırsaq mikrobiotasına mənfi təsirlər və ya iltihab vasitəsilə psixi sağlamlığa təsir göstərə bilər. Bununla belə, dəqiq mexanizm hələ də aydınlaşdırılmalıdır.

Azpost.info

Əvvəlki məqalə

“Taxıl ixracı üçün istənilən riskə getməyə hazırıq” –

Sonrakı məqalə

Rusiyada 80 minə yaxın “Lada” avtomobili geri çağırılıb