Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Türkiyəyə səfər edib.
Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) APA-nın yerli bürosuna verilən məlumata görə, C. Borrell Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşüb.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Aİ nümayəndəsinin axşam saatlarında Müdafiə naziri ilə görüşərək Liviya münaqişəsini müzakirə edəcəyi gözlənilir.
Eyni zamanda C. Borrellin Türkiyə və Fransa arasında gərginlik, Şərqi Aralıq və Egey dənizləri ilə əlaqədar aktual mövzularda “dialoq platforması” qurmaq təklifi ilə sabah da yüksək səviyyəli görüşləri olacaq.