Anatoli Çubays Putinin Vladivastokda konfrans zamanı onun haqqında dediklərini şərh etməkdən imtina edib.
Azpost.info bildirir ki, bu barədə TASS məlumat verir.
Qeyd edək ki, Putin Çubaysın Rusiyanı tərk etməsini “Rosnano” dövlət korporasiyasına başçılıq edərkən“uğursuzluğu” ilə izah edib.
“Rosnano”nun keçmiş rəhbəri Anatoli Çubays Putinin dövlət korporasiyasının rəhbərliyindəki fəaliyyətinin maliyyə nöqteyi-nəzərindən “açıq-aşkar uğursuz” olması ilə bağlı sözlərini şərh etməkdən imtina edib.
Çubays TASS-ın sualını cavablandırıb: “Mən deyilənlərin heç birini şərh etmək istəməzdim”.
Putin sentyabrın 12-də Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında Çubaysın adını çəkib. Prezident Çubaysın hazırkı vəziyyətini “qaçdı” və “nədənsə xaricdə gizlənir” kimi təsvir edib. O, bunun böyük “maliyyə dəliyi” ilə bağlı “Rosnano”dakı vəziyyətin araşdırılması ilə əlaqəli ola biləcəyini deyib.
Azpost.info