Müalicə olunmayan çürük diş ürək-damar xəstəlikləri üçün risk faktoruna çevrilə bilər.
AzPost bildirir ki, bu barədə ağız və üz-çənə üzrə cərrah Kirill Polyakov Lenta.ru-ya verdiyi müsahibədə bildirib.
Həkimin sözlərinə görə, diş çürükləri infeksiyadır. Karies diş sinirinə çatdıqda xroniki iltihabi reaksiya inkişaf edir. Bakteriyalar və onların tullantı məhsulları müntəzəm olaraq qan dövranına daxil olur.
Bu, xüsusilə ürək problemləri və ya zəifləmiş immunitet sistemi olan insanlar üçün təhlükəlidir. Diş iltihabı da daxil olmaqla, bədəndə xroniki iltihab, infeksion endokardit riskini artırır.
Cərrah qeyd edib ki, müalicə olunmayan dişləri olan xəstələrdə ateroskleroz və qan təzyiqinin artması ehtimalı daha yüksəkdir. Xəstə diş səbəbindən bədən illərlə sistemik iltihabi reaksiya saxlaya bilər ki, bu da ürək-damar sisteminə daimi yük yaradır.
Polyakov vurğulayıb ki, baxımsız dişlər birbaşa ürək tutmalarına səbəb olmur, əksinə, yaşın, irsiyyətin və həyat tərzinin təsirlərini artıraraq ciddi əlavə risk faktoruna çevrilə bilər.