Mütəxəssislər Cənubi Koreyanın “Jeju Air” aviaşirkətinin qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin uçuş öncəsi yoxlanılması zamanı heç bir problem aşkar etməyiblər.
Azpost.info xəbər verir ki, bunu aviaşirkətin baş direktoru Kim İ Be bildirib.
Onun sözlərinə görə, ekspertlər təhqiqat çərçivəsində qəzanın dəqiq səbəbini müəyyən etmək üçün qara qutulardakı məlumatları təhlil etməli olacaqlar.
Azpost.info