Dənizə girərkən diqqətli olun!- Hansı xəstəkilərə yoluxa bilərik?

Dəniz suyu müxtəlif xəstəliklərə, o cümlədən mədə-bağırsaq infeksiyalarına səbəb ola bilər.

Azpost.info xəbər verir ki, bunu rusiyalı infeksionist Vladimir Neronov deyib.

Onun sözlərinə görə, dəniz suyu həm də qulaqlarda iltihaba səbəb ola bilər.

“Dəniz suyunda olan bakteriyalar xəstəliklərə səbəb ola bilər. Onlar dənizdə üzən insanlar üçün müxtəlif infeksiyaların mənbəyidir. Dəniz suyunun çirklənməsi problemi də var. Bu, inkişaf etmiş ölkələr üçün də keçərlidir. Dəniz suyu bakteriyalar, viruslar, kimyəvi maddələr və ya digər çirkləndiricilərlə çirklənmiş ola bilər ki, bu da təmas zamanı infeksiyalara və ya digər xəstəliklərə səbəb ola bilər”, – həkim qeyd edib.

O əlavə edib ki, əgər su kifayət qədər təmizlənməyibsə, çimmək sağlamlıq üçün təhlükəlidir.

Azpost.info

 

Əvvəlki məqalə

Daxili Qoşunların Hərbi İnstitutuna rektor təyin edilib

Sonrakı məqalə

Qarabağ Universitetində işləmək üçün müəllim vakansiyası elan olunub