Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

30 Noyabr 2020 - 13:57

Dənizdə batan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə,  “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.