“Dərs vaxtı”nın sabah üçün nəzərdə tutulan cədvəli açıqlandı

26 Aprel 2020 - 12:31

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 27-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da Fiziki tərbiyə; 10:15-də VI sinif – Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 11:00-da V sinif – Azərbaycan dili, Riyaziyyat, Tarix, Informatika; 11:50-də – Məktəbəhazırlıq; 12:00-da IV sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 12:20-də III sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 13:05-də II sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 13:40-da I sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili dərsləri olacaq.

Rus bölməsi üçün saat 14:10-da – Məktəbəhazırlıq; 14:20-də V sinif – Rus dili, Riyaziyyat, İnformatika; 14:45-də VI sinif – Rus dili, Riyaziyyat, Fizika; 15:25-də XI sinif şagirdlərinə – Rus dili, Riyaziyyat, Fizika dərsləri olacaq.