“Dəstəkləməyə davam edəcəyik”- Bayden Netanyahu ilə bağlı qərarı şərh etdi

ABŞ prezidenti Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin İsrail Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verməsini şərh edib.

Azpost.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bayden təhlükəsizliyinə olan təhdidlər qarşısında ABŞ-ın İsraili dəstəkləyəcəyini bildirib.

“Beynəlxalq Cinayət Məhkəməsinin İsrail liderlərinin həbsinə orderlər verməsi hiddətləndirir. Bir daha açıq deyirəm, Beynəlxalq Cinayət Məhkəməsi nəyi nəzərdə tutsa da, İsrail və HƏMAS arasında bərabərlik işarəsi mövcud deyil”, – Bayden deyib.

Azpost.info

 

Əvvəlki məqalə

“Beynəlxalq ictimaiyyət özünün xaotik dövrünü yaşayır”

Sonrakı məqalə

Tramp ədliyyə naziri vəzifəsinə yeni namizəd irəli sürdü