Dərman səpən təyyarə qəzaya uğradı: pilot həyatını itirdi

Rusiyanın Rostov vilayətində An-2 tipli təyyarə qəzaya uğrayıb.

AzPost-un məlumatına görə, hadisə bu gün səhər saat doqquzun iyirmələrində Volqodonsk yaxınlığında yerləşən “Rodnik” aqrobazasının ərazisində baş verib.

Məlumata əsasən, təyyarə kənd təsərrüfatı işləri yerinə yetirərkən qəzaya düşüb. Hadisə nəticəsində hava gəmisinin pilotu həyatını itirib.

Əraziyə fövqəladə xidmət əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.