Dərslər nə vaxt başlayacaq? –Təhsil naziri aydınlıq gətirdi

“Dərslərin açılması  mövzusu həm Təhsil Nazirliyində, həm də təhsil sistemində çalışanların ən böyük arzusudur”.

Bu fikirləri AzTV-nin “Hədəf” verilişinin qonağı olarkən Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə,  təhsil sistemində tədrisin bərpa olunması 2 milyon insanın gündəlik hərəkət etməsi deməkdir:

“Bu gün ölkədə sanitar-epidemioloji vəziyyət tam nəzarət altındadır. Nazirlər Kabineti yanında Operativ Qərargah bütün məsələləri və riskləri nəzərə alaraq ölçüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək”.

C.Bayramov deyib ki, bu həftə ərzində tədrisin dayanması müddətinin uzadılması barədə qərar qəbul edilsə, ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, ölkədə tədris prosesi martın 3-də dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Operativ Qərargahla gün ərzində 5-6 dəfə zəngləşirik” –

Sonrakı məqalə

“Karantin rejiminin vəziyyəti yoluxmanın dinamikasından asılı olacaq” –