“Dərslərin başlaması Baş nazirin yaxın günlərdə verəcəyi qərardan asılı olacaq” –Təhsil naziri aydınlıq gətirdi

Son günlər sosial şəbəkələrdə dərslərin yenidən başlayacağı ilə bağlı məlumatlar yayılıb.

Sözügedən məsələ ilə bağlı təhsil naziri Emin Əmrullayev Unikal.org-a açıqlama verib.

Nazir bildirib ki, bununla bağlı qərar qəbul ediləcək: “Hələki tədrisin ənənəvi qaydada keçirilməsi ilə bağlı qərar yoxdur. Dərslərin başlaması Baş nazir Əli Əsədovun yaxın günlərdə verəcəyi qərardan asılı olacaq. Yanvar ayının 22-də mənim iştirakım ilə mətbuat konfransı keçiriləcək və bununla bağlı bütün məsələlərə aydınlıq gətiriləcək”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir