“Dəstəkləyirik!”- Blinken Çin və İrandakı etirazlardan danışdı

“Birləşmiş Ştatlar bütün ölkələrin, o cümlədən İran və Çin vətəndaşlarının dinc etiraz hüququnu dəstəkləyir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken NATO xarici işlər nazirlərinin Buxarest görüşü çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

“Çindəki etirazlara və müxtəlif səbəblərdən İranda, eləcə də digər ölkələrdə müşahidə etdiyimiz etirazlara gəlincə, bizim mövqeyimiz hamı üçün eynidir. Biz istənilən dövlətin əhalisinin dinc etiraz etmək hüququnu dəstəkləyirik”, – Blinken bildirib.

Qeyd edək ki, Çində etirazçılar hökumətin koronavirusla mübarizədə həddindən artıq sərt tədbirlərini tənqid edir, karantinin aradan qaldırılmasını, ölkənin normal vəziyyətə qayıtmasını tələb edirlər.

İrana gəlincə, sentyabrın 16-dan – 22 yaşlı Məhsa Əmininin ölümündən bu yana ölkədə etirazlar səngimir. Əmininin polis tərəfindən döyülərək öldürüldüyü iddia edilir.

Azpost.info

Əvvəlki məqalə

“Bakıya Blinkenin xahişi ilə gəlmişəm…Sülh prosesi asan deyil” –

Sonrakı məqalə

Azərbaycan Ordusunda “Snayper hazırlığı kursu” keçirilir