Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

Orkhan Ali 28 Mart 2024 - 14:18 (Last updated: 21 May 2025 - 20:15)
17116205145149950703_1200x630

D vitamini başda sümüklər olmaqla bədənimizin bir çox funksiyalarına əhəmiyyətli dərəcədə təsir göstərir. Orqanizm adətən həmin vitamini Günəş şüaları, qidalar, hətta preparat və yağlar vasitəsilə alır. Son illər pediatrların valideynlərə əsas tövsiyələrindən biri də uşaqlara D vitaminin verilməsidir.

Həkim-pediatr Günay Rəsulova hər gün müəyyən miqdarda verilməli olan vitaminin faydaları barədə deyib: “Raxitin önlənməsi. beynin inkişafının normal getməsi, immunitetin yaxşı olması üçün D vitamininin profilaktiki olaraq uşaqlara verilməsi məsləhətdir. D vitaminin kəskin çatışmazlığı raxit xəstəliyinə səbəb olur. Raxit xəstəliyi xüsusilə uşaqlarda sümük-əzələ sistemində deformasiyalara – başın böyüməsi, döş qəfəsində deformasiyaların yaranması, aşırı dərəcədə tərləmə, ayaqda əyilmələr, boyartımında ləngimələr, fiziki inkişafda gecikmələr, immunitetin aşağı düşməsi kimi əlamətlərlə özünü göstərir”.

Onun dediyinə görə, körpələrdə həmin vitamini balansda saxlamaq üçün müəyyən qaydalara riayət etmək, hazır vasitələrdən əlavə qidaya da diqqət yetirmək lazımdır: “D vitamininin günün birinci yarısında qəbul edilməsi daha yaxşıdır. Onun axşam saat 4-5-ə qədər də qəbul edilməsi mümkündür, lakin axşam saatlarında, o cümlədən yuxudan əvvəl verilməsi düzgün deyil. Onu su və ya ana südü ilə qarışdırıb uşağa vermək tövsiyə olunur. D vitaminini kərə yağı, ət və ət məhsulları, heyvani qidaların tərkibindən almaq mümkündür, lakin onun əsas və əvəzedilməz qaynağı Günəş şüasıdır”.

D vitamininin vacibliyi ilə yanaşı, bəzən onun çoxluğu problem yarada bilir. “Onun çoxluğu zamanı kalsium səviyyəsinin yüksəlməsi, böyrək daşı riski, çox su içmə, tez-tez sidiyə getmə, susuzlaşma halları və çəki itirilməsi hallarına səbəb ola bilər. Ona görə də D vitaminin miqdarının kortəbii artırılması hallarından valideynlər çəkinməlidirlər”, – deyə həkim-pediatr bildirib(azərtac).

Post navigation

Previous: Putin terror aktından sonra “Krokus”a niyə getmədi?
Next: Bakıda bu evlər bahalaşıb

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.