Da Vinçinin birbaşa törəmələri tapıldı

07 İyul 2021 - 09:16

İtaliyalı mütəxəssislər Leonardo Da Vinçinin ailə şəcərəsini tam şəkildə bərpa ediblər.

Bu barədə “Journal of Human Evolution” elmi nəşri məlumat yayıb.

Araşdırma nəticəsində məşhur ixtiraçının birbaşa törəməsi olan 13 nəfər aşkar olunub.

Tədqiqatın müəllifləri qismində Toskanadakı Da Vinçi muzeyinin təsisçisi və direktoru Alessandro Vetsozi, eləcə də Da Vinçi İrsi Assosiasiyasının prezidenti Anyeze Sabato çıxış ediblər. Onlar 1331-ci ildən bəri Da Vinçi ailəsinin tarixini bərpa etməyə müvəffəq olublar.