Dağıstanda silahlıların hücumundan sonra ölənlərin sayı 9-a çatıb.
Azpost.info bildirir ki, bu barədə hüquq mühafizə orqanları məlumat yayıb. Onlardan 7-si hüquq-mühafizə orqanlarının əməkdaşıdır, 25 nəfər isə yaralanıb.
Toqquşmalar davam edir.
Mahaçqaladakı kilsənin yaxınlığında polis əməkdaşları və Rusiya Milli Qvardiyası daxil olub. Daxili İşlər Nazirliyinin məlumatına görə, orada girovlar yoxdur. 19 nəfər məbədə sığınıb, terrorçular ora girə bilməyiblər.