Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Dağıstanda yaşayan yəhudilər Azərbaycana gələ bilərlər” –

User 31 Oktyabr 2023 - 11:29 (Last updated: 21 May 2025 - 20:15)
rasim musab

“İsraildən etnik yəhudilərin gəlişinə mane olmağa çalışan bir qrup şəxsin Mahaçqala hava limanına hücumu hər bir sivil insan tərəfindən pislənilməlidir”.

Azpost.info bildirir ki, bu sözləri  deputat, Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvü Rasim Musabəyov “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.

“Bu, nə islami dəyərlərə, nə mövcud olan qanunvericiliyə, nə də dünyada qəbul olunmuş humanitar münasibələrə cavab verən bir hərəkətdır. Bu, açıq şəkildə dini, irqi dözümsüzlüyün nümayişidir”, – deyə deputat bildirib.

“Bu hadisələr, həm də Nalçikdə  tikilməkdə olan yəhudi mərkəzinin binasının yandırılması  Rusiyanın cənubunda etnik qarşıdurmaya gətirib çıxara bilərmi?” sualına deputat  “çətin ki” deyə cavab verib. “Çünki  orada barmaqla sayılan qədər yəhudi qalıb. Orada bu münasibətlə qarşılaşan yəhudilər Moskvaya və ya Rusiyanın digər şəhərlərinə gedəcəklər ya da bir müddət sonra İsrailə gedəcəklər. Amma düşünmürəm ki, baş verən hadisələr davamlı etnik münaqişəyə təkan versin. Lakin bu kütlə yəhudi tapmayanda hakimiyyətə qarşı çevriləcək. Bu da  Şimali Qafqazda hakimiyyət və kütlə arasında toqquşma və gərginliyin artmasına gətirib çıxara bilər”.

“Dağıstanda, əsasən Dərbənddə xeyli dağ yəhudisi yaşayır. Bəs onların taleyi necə olacaq? Azərbaycana pənah gətirə bilərlərmi?- sualına cavabında deputat deyib ki, onların hansısa bir hissəsi Azərbaycana gələ bilər. Rusiya vətəndaşları Azərbaycanda  90 gün qala bilər və sonra qalış müddətini rəsmiləşdirə bilər.

“Dağıstanda etiraz təşəbbüsü siyasi hakimiyyətdən, xalqdan, yoxsa islamçılardan gəlib?” sualına cavabda Musabəyov Bakıdan fikir söyləməyə çətinlik çəkdiyini deyib. “Ancaq Rusiya təhlilçilərinin, o cümlədən müxalif təhlilçilərin şərhlərinə görə, bütün ekstremist, o cümlədən dini radikal qruplar Rusiya Federal Təhlükəsizlik Xidmətinin tam nəzarətindədir. Belə fikirlər var ki, bu cür proseslər bu qurumlar tərəfindən idarə olunmasa da, yönəldilir. Ancaq bu versiyalar üzərində durmaq üçün əlimdə heç bir fakt yoxdur”, – o deyib.

“Azərbaycanda yəhudi icmalarının durumu necədir? Onların təhlükəsizliyilə bağlı hər hansı problem varmı?”  Bu sualın cavabında deputat deyib ki, Azərbaycanda yəhudi icmalarının təhlükəsizliyilə bağlı heç bir problem yoxdur.

O qeyd edib ki, azərbaycanlılar Ermənistanın təcavüzü dövründə Azərbaycana münasibəti yaxşı xatırlayırlar. O vaxt bir sıra ərəb ölkələri və İran özlərini Azərbaycanın din qardaşları adlandırırdılar, amma əslində heç nə etmirdilər.

“Müharibə zamanı İsrail Azərbaycana silah göndərirdi, İsrail və yəhudi icmaları ABŞ-da, Avropa ölkələrində Bakıya diplomatik və media dəstəyi verirdi. Halbuki, İran öz ərazisindən Rusiya silahlarını Ermənistana ötürməklə məşğul idi. Ona görə də Azərbaycanda həm hakimiyyət, həm də  ictimaiyyət yəhudilərə qarşı  xoşagəlməz hərəkətlərin qarşısını almağa qadirdir,- Musabəyov qeyd edib.

Azpost.info

Post navigation

Previous: İsrail ordusu Qəzzada 300 hərbi obyektə zərbələr endirib
Next: “Alıcılar dönərxanalarda ətin tərkibindən tam xəbərsiz olur” –

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.