“Dağlıq Qarabağ məsələsində Çinin mövqeyi aydın və dəyişməzdir” –Pekin bəyanat verdi

“Dağlıq Qarabağ məsələsində Çinin mövqeyi aydın və dəyişməzdir”.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Çjao Litszyan deyib.

“Ümid edirik ki, müvafiq tərəflər mübahisələri siyasi dialoq yolu ilə həll edəcək, regional sülh və sabitliyi dəstəkləyəcəklər. Çin bölgədəki sabitliyi və inkişafı təşviq etməyə davam edəcək”, – deyə çinli diplomat vurğulayıb.

Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva isə “Twitter” hesabında bildirib ki, Çinin prinsipial mövqeyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməkdir və bu, hər iki ölkə arasında imzalanan razılaşmalarda öz əksini tapıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva:

Sonrakı məqalə

AMEA koronavirusla bağlı onlayn konfrans keçirəcək