Daha 10 min işsizə birdəfəlik vəsait ödənilib –

AÇIQLAMA
10 Aprel 2020 - 22:49

Daha 10 min işsizə birdəfəlik vəsait ödənilib.

Azpost.info bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat yayıb.

O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.

“Bu barədə onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə SMS göndəriləcək. Mesajı aldıqdan sonra onlar evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə – istənilən poçt şöbəsinə, SMS-də bank göstərilibsə – həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər”.

Dünəndən işsiz şəxslərin birdəfəlik ödəmə ilə təminatına başlanıb və dünən də 10 min şəxsə ödəniş edilib.

F.Talıbov deyib ki, işsiz kimi qeydiyyata alınan şəxslərə ödəmələrin verilməsi gündəlik olaraq davam edəcək və digər işsiz şəxslər də bu dəstəklə təmin olunacaqlar.