Daha 2 zəngin iş adamı Rusiya vətəndaşlığından imtina edib- "Forbes" (FOTO)

2017-2021-ci illərdə “Rusiyanın 200 ən zəngin iş adamı” reytinqinə daxil olan ABŞ İT şirkətləri “Veeam Software” və “Object First”in təsisçiləri Andrey Baronov və Ratmir Timaşev Rusiya vətəndaşlığından imtina ediblər.

Azpost.info xəbər verir ki, bu barədə “Forbes” yazır.

“Forbes” 2020-ci ildə Baronovun sərvətini 770 milyon dollar, Ratmir Timaşevin varidatını isə 680 milyon dollar qiymətləndirib. Onların sərvətinin əsas hissəsi “Veeam Software” proqramının 2020-ci ildə ABŞ-ın vençur kapitalı “Insight Partners” fonduna 5 milyard dollara satışından əldə edilən gəlirdən əldə olunub.

Hər iki sahibkar uzun müddətdir xaricdə yaşayır: Baronov İsveçrədə, Timaşev ABŞ-da. Onlar Rusiyanın Kiprdəki səfirliyində vətəndaşlıqdan çıxmaq prosedurunu tamamlayıblar.

“Forbes”in məlumatına görə, iş adamları Kipr vətəndaşlığını saxlayıblar.

“Baronov Rusiya vətəndaşlığından hələ 2023-cü ilin aprelində imtina etməyə başlayıb və məsələ dekabrda həll olunub”, – “Forbes” onun dostuna istinadən yazır.

Timaşev 2024-cü ilin yanvarında Rusiya vətəndaşlığından imtina edib.

Son iki il ərzində zəngin ruslar arasında 9 iş adamı pasportlarını Rusiyaya təhvil verib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.