Daha 20 min işsizə 190 manat birdəfəlik vəsait verilib –RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 20 min nəfər üçün birdəfəlik vəsaiti bank filiallarına və poçt şöbələrinə köçürüb.

Nazirlikdən  verilən məlumata görə, həmin şəxslərə işsiz kimi qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrələrinə bu barədə SMS göndəriləcək. Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə almaqla, mesajda “Azərpoçt” MMC qeyd edilibsə – istənilən poçt şöbəsinə, bank göstərilibsə – həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.

Qeyd edək ki, işsiz şəxslərin birdəfəlik ödəmə ilə təminatına aprelin 9-dan başlanılıb və ödəniş prosesi gündəlik davam edir.

Ötən 6 gündə Nazirlik tərəfindən artıq 120 min işsiz şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsi təmin olunub.

Qeydiyyata alınan digər işsizlər də birdəfəlik ödənişlə təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada 9 mayda Qələbə Paradı keçirilməyəcək

Sonrakı məqalə

İraqda Türkiyə ordusunun hərbçisi şəhid olub