Daha bir ölkə BRİKS-ə qoşulmaq istəyir

Şri-Lanka yaxın vaxtlarda BRİKS-ə qoşulmağı gözləyir.

Azpost.info xəbər verir ki, bu barədə jurnalistlərə ada dövlətinin Rusiyadakı səfiri Canita Liyanage deyib.

Diplomatın sözlərinə görə, ölkə hakimiyyəti bu məsələni müzakirə edir.

Liyanage bildirib ki, BRİKS-ə qoşulmaq Şri-Lankaya nəqliyyat və ərzaq təhlükəsizliyini təmin etməyə imkan verəcək, həmçinin digər faydalar gətirəcək: “Dünən müzakirələr aparılıb və həqiqətən də yaxın gələcəkdə BRİKS-ə qoşulmaq istəyi var. Bu, təhlükəsizliyi, həm nəqliyyat, həm qida, həm də daha çox şeyləri təmin etməyə imkan verəcək”.

Azpost.info

Əvvəlki məqalə

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib

Sonrakı məqalə

“Terror aktında bəzi dövlətlərin kəşfiyyat xidmətlərinin əli var” –