Daha iki siyasi partiya qeydiyyatdan keçib –SİYAHI

C

Ədliyyə Nazirliyi daha iki siyasi partiyanı qeydiyyatdan keçirib.

Bunlar Vəhdət (Tahir Kərimli) və Azad Vətən (Akif Nağı) partiyalarıdır.

Bu barədə sentyabrın 8-də həmin partiyalardan məlumat verilib.

Bunla da Azərbaycanda qeydiyyatdan keçən partiyaların sayı 14-ə çatıb.

Qeydiyyat üçün yenidən Ədliyyə Nazirliyinə müraciət edən 27 siyasi partiyadan daha 13-nə, hələlik, cavab verilməyib. Onlardan YAP-dan başqa 26-sının sənədləri imzalarda yanlışlıqlar səbəb göstərilərək geri qaytarılmışdı. Həmin partiyalar sənədlərini ikinci dəfə Ədliyyə Nazirliyinə göndəriblər.

Rəsmi qeydə alınan partiyalar

Yeni Azərbaycan Partiyası (İlham Əliyev)

Ağ Partiya (Tural Abbaslı)

Vətəndaş Həmrəyliyi Partiyası (Sabir Rüstəmxanlı)

Milli Dirçəliş Hərəkatı Partiyası (Fərəc Quliyev)

Milli Cəbhə Partiyası (Razi Nurullayev)

Ana Vətən Partiyası (Fəzail Ağamalı)

Haqq Ədalət Partiyası (Əli İnsanov)

Milli İstiqlal Partiyası (Arzuxan Əlizadə)

Ümid Partiyası (İqbal Ağazadə)

Böyük Azərbaycan Partiyası (Elşad Quliyev)

Demokrat Partiyası (Sərdar Cəlaloğlu)

Xalq Partiyası (Pənah Hüseyn)

Vəhdət Partiyası (Tahir Kərimli)

Azad Vətən Partiyası (Akif Nağı)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.