Dairə Seçki Komissiyasının katibi yol qəzasında ölüb- FOTO

Sabirabad rayonunun Qalağayın kəndi ərazisində iyulun 6-da baş verən ağır yol qəzası ilə bağlı yeni məlumatlar üzə çıxıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, məlum olub ki, “Prado” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində ölən şəxslərdən biri – Sabirabad rayon sakini, 1979-cu il təvəllüdlü Hüseynov Azər Şakir oğlu 63 saylı Sabirabad I Seçki Dairəsi Dairə Seçki Komissiyasının katibi vəzifəsini tuturmuş. 

A.Hüseynov “Prado”nu idarə edirmiş.

Sabirabad rayonunun Qalağayın kəndi ərazisində baş verən ağır yol qəzasında ölən və yaralananların kimliyi müəyyən edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza zamanı avtomobildə olan sərnişinlər Sabirabad sakinləri, 2010-cu il təvəllüdlü Məmmədova Zəhra Vüsal qızı, 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə Vüsal qızı müxtəlif xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib. Sonuncu daxili qanaxma ilə əməliyyata götürülüb.

Onların anası Sabirabad sakini, 1981-ci il təvəllüdlü Məmmədova Nigar İxlas qızı və sürücü Sabirabad sakini, 1979-cu il təvəllüdlü Hüseynov Azər Şakir oğlu hadisə yerində ölüblər.

***

Sabirabad rayonunun Qalağayın kəndi ərazisində ağır yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Prado” markalı minik avtomobili “Shacman” yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində bir ailənin 4 üzvündən 2 nəfər ölüb (bir qadın, bir kişi), 2-si isə yaralanıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabirabadda baş həkimin oğlu avtomobillə iki qadını vuraraq öldürüb

Sonrakı məqalə

Avropa Komissiyası bu il qlobal ÜDM-in 4% azalacağını proqnozlaşdırır