Dalai Lama “Qremmi” mükafatına layiq görülüb

XIV Dalai Lama Tenzin Gyatso “Ən yaxşı audiokitab səsləndirilməsi” nominasiyası üzrə “Qremmi” mükafatını qazanıb. AzPost xəbər verir ki, bu barədə Dalai Lamanın rəsmi internet səhifəsində məlumat yayılıb.

Məlumata görə, mükafat Dalai Lamanın “Meditasiyalar: Onun Müqəddəsliyi Dalai Lamanın düşüncələri” adlı audiokitabının səsləndirilməsinə görə təqdim olunub. Rəsmi açıqlamada bildirilir ki, bu mükafat ümumbəşəri məsuliyyət və mərhəmət ideyalarının vacibliyini bir daha önə çıxarır.

Qeyd olunur ki, sözügedən nominasiyada ABŞ Ali Məhkəməsinin hakimi Ketanji Braun Cekson, aktrisa Keti Qarver, komik və aktyor Trevor Noa, eləcə də müğənni Fab Morvan da namizədlər arasında yer alıblar.

Dalai Lama qalibiyyətdən sonra verdiyi açıqlamada bunu şəxsi nailiyyət kimi deyil, ümumi məsuliyyət anlayışının tanınması kimi qəbul etdiyini bildirib. Onun sözlərinə görə, bu mükafat insanların bir-birinə qarşı mərhəmət və anlayışla yanaşmasının əhəmiyyətini vurğulayır.

Məlumata əsasən, Dalai Lama mükafatlandırma mərasimində şəxsən iştirak etməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.