Danimarkada etirazçılar “Quran”ı yandırıblar

Bir qrup etirazçı İraqın Kopenhagendəki səfirliyi qarşısında “Quran”ı yandırıb.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Aksiyanı “Danimarka vətənpərvərləri” sağçı radikal qruplaşmasının həyata keçirdiyi deyilir.

Kopenhagendə keçirilən aksiyada təşkilatçı “Quran”ı tapdalayaraq yerdəki İraq bayrağının yanında yandırıb.

Qruplaşmanın üzvləri iyulun 21-də oxşar aksiya keçirib və sosial şəbəkələrdə canlı yayımlayıb. Polis bunun konkret olaraq “Quran”la bağlı olduğunu açıqlamayıb.

Azpost.info

Əvvəlki məqalə

Zaqatalada itkin düşən 2 turistin yeri müəyyən olunub

Sonrakı məqalə

BMT Baş katibi Putinə məktub göndərib