“Danışıqlara ehtiyac yoxdur, Kiyev diz çöküb aman diləməlidir” –Medvedyev

 

“Kiyevlə hələ danışıqlara ehtiyac yoxdur. Düşmən mərhəmət diləmək üçün diz çökməlidir”.

Azpost.info bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.

Siyasətçi Ciddədə Ukrayna üzrə başlayan məsləhətləşmələri belə şərh edib. Bu toplantıya Rusiya dəvət olunmayıb.

Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb ki, üç şərt yerinə yetirilərsə, istənilən sülh təşəbbüsləri həyata keçirilə bilər. “Birincisi, söhbət münaqişənin hər iki tərəfinin  danışıqlarda iştirakından gedir. Ciddədə bu müşahidə olunmur. İkincisi, tarixi kontekst nəzərə alınmalıdır”.

Medvedevin sözlərinə görə, Ukrayna Rusiya imperiyasının bir parçası olub və 1991-ci ilə qədər ölkə kimi mövcud olmayıb. Üçüncüsü, müasir reallıqları nəzərə almaq lazımdır. Siyasətçi qeyd edib ki, hazırda Ukrayna yarısuqut mərhələsini yaşayır və onun bəzi əraziləri artıq Rusiyaya qayıdıb.

Medvedev bildirib ki, yalnız bu aşkar faktları tanıyan vasitəçinin uğur şansı olacaq: “Lakin hazırda danışıqlara ehtiyac yoxdur. Kiyev diz üstə sürünərək mərhəmət diləməlidir”.

Şənbə günü Ciddədə Ukrayna ilə bağlı danışıqlar başlayıb. Bu danışıqlara 30-a yaxın ölkənin nümayəndələri dəvət olunub. Bir sıra dövlətlər, o cümlədən ABŞ, Böyük Britaniya, Cənubi Afrika, Polşa və Aİ iştiraklarını təsdiqləyiblər.

Rusiya toplantıya dəvət edilməyib.

Azpost.info

Əvvəlki məqalə

“Arsenal” 17-ci dəfə İngiltərə Superkubokunun qalibi olub

Sonrakı məqalə

İlon Mask Zukerberqlə əlbəyaxa döyüşündən yazdı –