DANX:"700-ə yaxın sürücünün taksi fəaliyyətinə icazə verilib"

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən 679 nəfər taksi fəaliyyəti göstərən şəxslə bağlı məlumat “icaze.e-gov.az” portalına göndərilib.

Trend-in məlumatına görə, bu barədə qurumun mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bu saata qədər Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 679 nəfər taksi fəaliyyəti göstərən şəxslərin taksi fəaliyyətinə icazə verilib.

Xatırladaq ki, Bakı, Gəncə və Sumqayıt şəhərləri istisna olmaqla Azərbaycanın regionlarında fəaliyyət göstərən taksi sürücüləri artıq Azərpoçtdan da fərqlənmə nişanını əldə edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mart ayında sosial təminat növləri üzrə əhaliyə 486 milyon manat vəsait ödənilib

Sonrakı məqalə

“Qaydaların daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir”-