Davos Forumu başlanır-Tramp iştirak edəcək, İran rəsmən imtina etdi

Davos Forumunun təşkilatçıları ABŞ prezidenti Donald Trampın bu il yanvarın 21-dən 24-ə qədər keçiriləcək 50-ci yubiley tədbirində iştirak edəcəyini elan ediblər.

Təşkilatçılara təqdim edilmiş siyahıya əsasən, Birləşmiş Ştatların nümayəndə heyətinin üzvləri ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin, ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer, eləcə də prezidentin müşavirləri İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşnerdən ibarətdir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə gələn həftə İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda gözlənilən iştirakdan imtina edib. Təşkilatçılar bu qərarın Yaxın Şərqdəki “qeyri-müəyyənlik fonunda” verildiyini bildiriblər.

Bu addım İran və ABŞ arasında münasibətlərdə gərginliyin artdığı bir vaxtda atılıb.

WEF-in prezidenti Borje Brende yalnız yeni gərginliklərdən əvvəl də Tramp administrasiyası tərəfindən qara siyahıya salınan Məhəmməd Cavad Zərifin səfərdən “imtina” etdiyini qeyd edib. Brende bunun səbəblərini açıqlamaqdan imtina edib.

“Bölgədəki qeyri-müəyyənlik fonunda İranın imtina qərarını başa düşməliyik” – deyə, o, Cenevrədə WEF-in qərargahında forumun 50-ci ildönümünə həsr olunmuş mərasimində jurnalistlərə açıqlama verib.

Zərifin foruma qatılmadığı haqda xəbər WEF təsisçisi Klaus Şvabın dünyanın “fövqəladə vəziyyət” lə üzləşdiyinə dair xəbərdarlıq edib. O həmçinin “imkanlar üçün pəncərənin tez bağlanacağını”, xüsusən də ətraf mühitin qorunması üçün hərəkətə keçməyin vacibliyini qeyd edib.

Klaus Şvab illik toplantıda “sözlər deyil, əməllərin” yer almasına üçün təkid edib.

Bu il Davos Forumuna ümumilikdə 118 ölkədən 3000-ə yaxın liderin gatılacağı gözlənilir. İraq prezidenti Barham Salih və Almaniya kansleri Angela Merkel foruma qatılacaq 53 dövlət və hökumət başçısı dövlət başçısı arasındadır. İsveçin iqlim fəalı Qreta Thunberqlə birgə yüzlərlə iş adamı, vətəndaş cəmiyyəti fəalları da sözügedən toplantıda iştirak edəcək.

Şvab davamlı iqtisadi inkişafın vacibliyi, yeni iş yerləri və maaşlara olan ehtiyacı və qarşıdakı on ildə dünyada bir milyard insan üçün peşə hazırlığı planlarını vurğulayıb.

O, “Yaşıl İnqilab”ın ana xətt olacağına ümid etdiyini ifadə edərək, Dünya İqtisadi Forumunun tərəfdaş müəssisələri karbon neytrallığına stimullaşdıracağını deyib. Şvab həmçinin, atmosferdə artıq karbon tullantılıarının azaldılmasına kömək məqsədilə 2030-cu ilə qədər dünyada 1 trilyon ağac əkilməsinə dair ekoloji bir layihəni açıqlayıb.

WEF təsisçisi qlobal problemlərin həllində liderliyə kömək etmək üçün “sərmayədar kapitalizm” çağırışını yenidən səsləndirib.

“Ətraf mühitə görə məsuliyyət tərəfdaşların məsuliyyətinin böyük bir hissəsidir” – deyə, o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlqar Məmmədov ABŞ səfiri ilə görüşüb

Sonrakı məqalə

Sabiq nazirin DTX-da işləyən oğlu deputatlığa namizədliyini verib