Sabiq nazirin DTX-da işləyən oğlu deputatlığa namizədliyini verib

Sabiq Müdafiə sənayesi naziri, mərhum Yavər Camalovun oğlu Rəşad Camalov 46 saylı Şirvan Seçki Dairəsindən  deputatlığa namizədliyini irəli sürüb.

Azpost.info etikxeber.az-a istinadən bildirir ki, onun  namizədliyi  Dairə Seçki Komissiyası (DSK) tərəfindən təsdiqlənib. 43 yaşlı R. Camalov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşıdır.

Onu da qeyd edək ki, həmin dairəni ötən ilin oktyabrınacan 3 dəfə millət vəkili olan bitərəf Rafael Cəbrayılov təmsil edirdi. Ancaq deputatlığının son dövründə R. Cəbrayılovun səlahiyyətlərinə xitam verilmişdi.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə həmin dairədən Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyevin namizədliyini irəli sürüb və onun da namizədliyi qeydə alınıb.

R. Camalov həm də Zərdab rayonunun icra başçısı Mərdan Camalovun qardaşı oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Davos Forumu başlanır-

Sonrakı məqalə

AŞPA-nın Azərbaycan üzrə məruzəçisi seçki ilə bağlı bəyanat verib