İlqar Məmmədov ABŞ səfiri ilə görüşüb

Yanvarın 14-də ReAL Partiyasının sədri İlqar Məmmədov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberger ilə görüşüb.

Bu barədə İlqar Məmmədov facebook səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, görüş zamanı ATƏT və Avropa Şurasının əhatə etdiyi əməkdaşlıq sahələri üzrə, o cümlədən regionda demokratiya, sülh və əməkdaşlığa aid mövzularda Azərbaycan və ABŞ üçün maraq kəsb edən məsələlər haqqında fikir mübadiləsi aparılıb.

ABŞ Səfirliyi görüşlə bağlı məlumat yaymayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xoşbəxt Yusifzadənin 90 illik yubileyi qeyd edildi, İlham Əliyev mərasimə gəldi:

Sonrakı məqalə

Davos Forumu başlanır-