“Qarabağın erməni icması rəsmi Bakının təkliflərinə nə qədər tez müsbət cavab verərsə, onların reinteqrasiyası daha da sürətlənə bilər ki, bu da region, ən əsas da onların özləri üçün yaxşıdır”.
Azpost.info bildirir ki, bu sözləri BBC Azərbaycancanın suallarını cavablandıran Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Ermənistan tərəfinin delimitasiya və demarkasiya prosesində konkret xəritələrdən istifadə ilə bağlı fikirlərini isə Ceyhun Bayramov “sadəlöhvlük” adlandırıb. Nazir delimitasiya komitəsinin yaxın vaxtlarda yenidən görüşməsinin bu prosesi irəliyə aparmaq üçün faydalı olduğunu bildirib.
“Burada hansısa konkret xəritədən söhbət getmir. Müxtəlif istiqamətlərə aid fərqli xəritələr ola bilər. Xəritənin hüquqi əsasını təşkil edən sənəd olmadığı təqdirdə, həmin xəritə əsas kimi götürülə bilməz. Yəni hər hansı xəritəyə hüquqi qüvvəsi olan sənədlərlə birlikdə baxılmalıdır”, – Ceyhun Bayramov deyib.
Azpost.info