Demi Mur yaddaşını itirən Brüs Uillisin səhhəti barədə danışdı

Hollivudun tanınmış aktrisası Demi Mur keçmiş ərindən, ulduz aktyor Brüs Uillisin vəziyyətindən danışıb.

61 yaşlı amerikalı aktrisa üç qız övladının atası olan keçmiş ərindən, bir müddətdir ki, demensiyadan əziyyət çəkən 69 yaşlı Brüs Uillisin səhhətindən danışıb. Onlar boşanmalarına baxmayaraq, hələ də hər iki ulduz yaxşı ünsiyyət qurmağa davam edirlər.

Bu yaxınlarda isə ulduz aktrisa Hempton Beynəlxalq Film Festivalında iştirak edib.

Festivalın tanınmış iştirakçısı kimi Demi Mur “People” nəşrinə verdiyi müsahibədə bildirib ki, hal-hazırda Uillisin vəziyyətini stabil adlandırmaq olar.

Kinoaktrisa Demi Mur ilə Hollivud ulduzu Brüs Uillis 1987-2000-ci illər ərzində evli olublar. Sənətçilərin bu nikahdan üç qız övladları var. Qalmaqalsız qərar verməklə sakitcə boşanmış məhşur cütlüklər hətta bundan sonra da bir-birilərinə mehriban davranmağa davam etmiş, ünsiyyətlərini pozmamışlar.

Ağır xəstəliyə düçar olması səbəbindən 2022-ci ilin yazında Uillisin ailəsi bildirib ki, aktyor kino karyerasını bitirməli olub. Səbəbi isə ciddi diaqnoz sayılan afaziya xəstəliyi olub. Fiziki zəifliyi, həmçinin də yaddaş baxımdan problemləri yaransa da məhşur aktyoru bütün ailəsi dəstəkləyir.

Onu da xatırladaq ki, Hollivud ulduzunun fiziki durumu və səhhəti ilə bağlı ilk dəfə, 2023-cü ilin sentyabr ayında aktyorun həyat yoldaşı Emma Heminq-Uillis onun vəziyyəti barədə məlumat paylaşmışdl.

Hollivud məhşurunun həyat yoldaşı kimi Emma Heminq-Uillis o vaxt xəstə ərinin durumu ilə bağlı açıqlama verən zaman bildirmişdi ki, hətta Brüs Uillisin özünün də sağalmaz xəstəliyə tutulduğunu başa düşüb-düşmədiyini söyləmək belə artıq çox çətindir.

Qəribə olsa da son zamanlar Brüs Uillisin həyat yoldaşı Emma Heminq-Uillisdən də daha çox aktyorun səhhəti barədə onun keçmiş arvadı Demi Mur məlumat verir.

Oqtay Qorçu

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.