Departament İstanbulda ABŞ-Rusiya görüşünün keçirildiyini təsdiqlədi- AÇIQLAMA

“ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi bu gün İstanbulda rusiyalı həmkarları ilə ikitərəfli məsələlərin dar spektrini müzakirə edir”.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi məlumat verib.

“Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsinin rusiyalı həmkarları ilə ikitərəfli məsələlərin dar spektrini müzakirə etmək üçün İstanbulda olduğunu təsdiqləyə bilərik. Bir qayda olaraq, biz özəl diplomatik danışıqları şərh etmirik”, – numayəndə bildirib.

O, məsləhətləşmələrdə dəqiq hansı mövzuların müzakirə edildiyi və ABŞ hakimiyyətinə ruslara Amerika vizalarının verilməsi prosesini tam bərpa etməyə nəyin mane olduğu barədə suallara cavab verməyib.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov təsdiqləmişdi ki, İstanbulda Rusiya və ABŞ arasında ikitərəfli münasibətlərdə ziddiyyətlu məsələlərin müzakirəsi üçün görüş keçirilir.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycan 350 milyon dollar avrobondu vaxtından əvvəl geri alıb

Sonrakı məqalə

Dövlət Ekoloji Ekspertiza Agentliyi ictimai dinləmə keçirib – FOTO