Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Turizm

Deputat Çindən turistlərin Azərbaycana gətirilməsini təklif edir

User 20 Avqust 2025 - 10:30 (Last updated: 20 Avqust 2025 - 10:30)
turizm
Bu ilin ilk 7 ayında körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı 8,3 faiz azalıb. Həmin müddətdə Ərəb dövlətlərindən ölkəmizə 237 min 400 nəfər gəlib. Körfəzdən Azərbaycana ən çox turist göndərən ölkə Səudiyyə Ərəbistanıdır. Bu ölkədən həmin müddətdə 62 min 71 nəfər gəlib. 26 min 602 nəfər isə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olublar. Küveytli turistlərin sayı 14 min 779 nəfər olub.
Həmin müddətdə Azərbaycana gələn turistlərin sayı 1.7 faiz azalaraq 1 milyon 477 min nəfər olub. Körfəz və MBD dövlətlərindən gələnlərin sayının azalması ümumi saya təsirsiz ötüşməyib. Eyni zamanda, Hindistandan gələn turistlərin sayı da ümumi turizm payında azalmaqdadır.
Deputat Vüqar Bayramovun sözlərinə görə, ərəb dövlətlərindən gələn ziyarətçilərin sayının azalması fonunda turizm strukturunda baş verən dəyişikliklər təsdiq edir ki, yeni gəlmə destinasiyalar ilə daha sıx əməkdaşlıq qurulmasına ehtiyac var: “Strareji tərəfdaşlığımız olan dövlətlər ilə, xüsusən də Çin ilə turizm sahəsində güclü əməkdaşlıq aktualdır. Çinin böyük getmə turizm potensialının olmasına baxmayaraq hələ də həmin ölkədən gələn turistlərin sayı ümumi əcnəbilərin cəmi 2.3 faizini təşkil edir. Halbuki, potensial və imkanlar daha böyükdür”.
Deputat qeyd edib ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir: “Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. Daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır. Gəlmə turistlərin sayının azalması isə yeni çağrışları daha da aktuallaşdırır”.

AzPost.az

Post navigation

Previous: “Sonra da deyirlər ki, Tramp Putinlə dostdur” –
Next: İsrail müdafiə naziri Qəzzaya hucum planını təsdiqləyib

Oxşar xəbərlər

mediatur isma
  • Turizm

İsmayıllıdakı “Basqal” və “Lahıc” qoruqlarına meditur təşkil edilib

User 09 Oktyabr 2026 - 11:00
turizm
  • Turizm

Səyahətdə pula qənaət etməyin yolları

User 07 Oktyabr 2026 - 18:00
icariseher qoruq
  • Turizm

İçərişəhərdə restoranlarla niyə 6 aylıq icarə müqaviləsi bağlanır?

User 25 Sentyabr 2026 - 20:42

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.