Deputatın oğlu 7-ci Polis Bölməsinə rəis təyin edilib

Deputat Aqil Abbasının daxili işlər orqanlarında çalışan oğlu Tuncay Abbasov yeni vəzifəyə təyin olunub.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Tuncay Abbasov Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi vəzifəsindən azad edilərək, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib. (APA)

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Aprelin 22-də bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək

Sonrakı məqalə

Xalq artisti Nəsibə Zeynalovanın 105 yaşı tamam olur