104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd, sabiq deputat Nazim Bəydəmirli seçicilərlə görüşdən dönərkən ağır qəzaya uğrayıb.
Bu barədə onun özü məlumat yayıb: “İsalı kəndindən görüşdən qayıdarkən, Fərzalı kəndində yüngül qəza keçirdik, bu səbəbdən Zamanlı, Mor-Mor, Göyəmli kəndlərindəki görüşlərimizi təxirə salmalı olduq. Deyəsən, xalqımız demiş, “göz dəydi”. Sabahdan görüşlərimiz davam etdiriləcək, bu millətin yolunda ölümə də hazır olmalıyıq. Biz fəaliyyətimizlə qələbəni çoxdan təmin etmişik, rəsmiləşdirmək isə dövlətin işidir. İstəsə, rəsmiləşdirəcək, istəməsə yox, bu, sadə həqiqəti isə hamı bilir”.