Diasporla Komitəsinin sədri Fuad Muradov Türkiyədə səfərdədir

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respublikasında səfərdədir.

Komitədən verilən məlumata görə, 25-27 iyun tarixlərini əhatə edəcək səfər son illər yeni mərhələyə qədəm qoyan Azərbaycan diasporunun fəaliyyətinin effektivliyini daha da artırmaq məqsədi daşıyır. Bu xüsusda, dünyanın 10 ölkəsinin 13 meqapolisini əhatə edən Azərbaycan Evinin rəhbərləri və 29 dövlətin 13 müxtəlif şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Koordinasiya Şuralarının koordinatorları ilə görüş keçiriləcək, onların ayrı-ayrılıqda hesabat məruzələri dinləniləcək, problemləri və gələcək iş planları müzakirə ediləcəkdir.

Azərbaycan Respublikasının diasporla iş sahəsində dövlət siyasətinin prioritetləri ətrafında panel iclasları təşkil olunacaq, Vətən müharibəsindən sonra yeni hədəflər və gözləntilərə nəzər yetiriləcəkdir. Diaspor işinin sistemli təşkili məqsədilə təlim-seminarlar təşkil olunacaq.

Eyni zamanda, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndən irəli gələn məsələlər, yəni, bu tarixi sənəddə təsbit olunan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirəcəklərinin vacibliyi, habelə milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diasporal fəaliyyətin əlaqələndirilməsini və qarşılıqlı dəstəyi təşviq edəcəklərinin lazımlılığı iştirakçıların diqqətinə çatdırılacaq.

Eləcə də Komitə sədri və Azərbaycan diaspor nümayəndələri Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və Azərbaycan ordusunun şücaəti sayəsində Ermənistanın işğalı altındakı ərazilərin azad olunması zamanı yaralanan və hazırda İstanbulda müalicə alan qazilərimizə baş çəkəcək.
O cümlədən, “26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” münasibətilə qardaş ölkədə hərbi təhsil alan kursantlarımızla görüş olacaq.

Qeyd edək ki, səfər proqramı çərçivəsində Ankaradakı Azərbaycan Evinin yenidənqurmadan sonra açılışı da nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Toylarla bağlı e-icazə portalı bu gündən aktivləşdiriləcək

Sonrakı məqalə

Tutuquşu sahibinin 21 ədəd brilliantını dənləyərək uddu –