Polis tərəfindən keçirilən reydlər zamanı isə küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 342 azyaşlı müəyyən edilərək onları hüquqazidd əməllərə təhrik edən 345 valideyn haqqında qanunauyğun tədbirlər görülüb.
Bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü il üzrə illik məlumatında əksini tapıb.
Eyni zamanda icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq strukturlarına uşaqlara müvafiq qayğı və yardım göstərilməsi, sosial problemlərinin həlli məqsədilə 504 material göndərilib.