Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.
AzPost bildirir ki, bu barədə DİM məlumat yayıb.
Müsabiqə iştirakçılarının nəzərinə çatdırırıq ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları seçim başlanana qədər nəşr olunacaq.