DİM islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün iyulun 20–24-də link vasitəsilə Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, islamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.

Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı III ixtisas qrupuna aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə bilərlər.

DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər.

Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər (II cəhd qəbul imtahanının nəticələrinə görə müsabiqə şərtini ödəyən abituriyentlər nəticələr məlum olduqdan sonra qeydiyyatdan keçə bilərlər).

Əvvəlki məqalə

Yevlaxda su hövzəsinə çirkab suyu axıdan şəxs cərimələnib

Sonrakı məqalə

Azərbaycan nefti bahalaşıb