Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

DİM təhsil müəssisələrinə sənəd qəbulunun vaxtını niyə uzadıb?

Orkhan Ali 06 Mart 2025 - 20:15 (Last updated: 21 May 2025 - 20:15)
DİM

DİM

Dövlət İmtahan Mərkəzi Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıb. Elan edilən qərara görə, sənəd qəbulu dünən, yəni martın 5-də başa çatmışdı. Yeni qərara görə isə ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün, yəni martın 6-da saat 13:00-da başa çatıb. 
Dövlət İmtahan Mərkəzi Ali və orta ixtisas təhsil müəssisələrinə sənəd qəbulunun vaxtını niyə uzadıb?
Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, birinci səbəb abituriyentlərin elektron ərizələrinin tamamlama və təsdiqləmə prosesində baş verən gecikmədir: “Dövlət İmtahan Mərkəzi (DİM) illərdir elektron ərizə qəbulu sistemini tətbiq etsə də, hər il müəyyən sayda abituriyent texniki problemlər, məlumat azlığı və ya fərdi gecikmələr səbəbindən vaxtında qeydiyyatdan keçə bilmir. Vaxtın uzadılması ənənəvi bir addımdır. İkinci səbəb bəzi məktəblərin məzunlarının sənəd qəbulu prosesinin vaxtında hazır olmaması və ya attestat sənədlərinin gecikməsidir. Xüsusilə bölgələrdə attestat və digər tələb olunan sənədlərin vaxtında alınmaması, məktəblərin bəzi hallarda sənədləri gec təqdim etməsi abituriyentlərin ərizə təsdiqləməsinə mane ola bilər. Üçüncü səbəb əvvəlki illərin məzunlarının sənəd qəbulu ilə bağlı gec qərar verməsidir. Hər il müəyyən sayda məzun iş tapmaqda çətinlik çəkdiyi və ya əvvəlki illərdə universitetə qəbul ola bilmədiyi üçün təkrar imtahanda iştirak etməyi seçir. Bu abituriyentlər bəzən sənəd qəbulu prosesinin sonlarına yaxın qərar verdikləri üçün ərizə qəbulu müddətinin uzadılması onların iştirakını təmin etməyə yönəlik bir addım ola bilər”.
Ekspert hesab edir ki, dördüncü mümkün səbəblərdən biri DİM-in ərizə qəbulu statistikasına əsasən gözlənilən müraciət sayının hələ tam tamamlanmamasıdır:
“Adətən qəbul prosesində abituriyentlərin əksəriyyəti sənədlərini son günlərdə təqdim edir. Əgər DİM ilkin mərhələdə planlaşdırdığı qədər müraciət almayıbsa, müəyyən kəsimlərin ərizə verə bilməsi üçün vaxtın uzadılması qərarı verilə bilər. Beşinci faktor isə texniki problemlər ola bilər. Əgər qəbul portalında yüklənmə ilə bağlı problemlər yaşanıbsa və bəzi abituriyentlər ərizələrini təsdiq edə bilməyiblərsə DİM bu cür halların qarşısını almaq üçün əlavə vaxt tanıya bilər”.
Kamran Əsədov bildirib ki, sənəd qəbulunun vaxtının uzadılması həm abituriyentlərin hüquqlarını qorumaq, həm də imtahan və qəbul prosesində iştirak etmək istəyən bütün namizədlərə bərabər imkan yaratmaq məqsədi daşıyır:
“Bu, həm də abituriyentlər arasında vaxtın idarə olunması ilə bağlı ciddi problemlərin olduğunu göstərir və gələcəkdə bu cür gecikmələrin qarşısını almaq üçün maarifləndirmə işlərinin daha da gücləndirilməsini tələb edir”.

Post navigation

Previous: Zamirə Hacıyevanın müsadirə olunmuş əmlakı Londonda satışa çıxarılıb
Next: Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları Qarabağda qəzaya düşdü

Oxşar xəbərlər

ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41
serhed
  • Ölkə

Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

User 30 Oktyabr 2026 - 14:17

xƏBƏR

payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Payız gələndə ağacların görünüşü dəyişir. Yay boyu yaşıl olan yarpaqlar sarı, narıncı, qırmızı və hətta bənövşəyi çalarlara...
Read more about Ağacların yarpaqları payızda niyə qızarır?
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır? pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30
Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.