Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları Qarabağda qəzaya düşdü- Ölən var

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüb.

AzPost “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Ağdam-Füzuli yolunda baş verib.

Belə ki, Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli  yolunda  avtomobil qəzasına uğrayıblar.

Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişib, Fərzəliyev Rafət isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.