DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidova 2 müavin təyin olundu

21 İyul 2020 - 09:53

Daxili işlər orqanlarında daha iki kadr təyinatı olub.

“Report” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki İlham Babayev və polis polkovnik-leytenantı Hafiz Təmirov Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavinləri təyin ediliblər.

DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.