DİN polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb.

DİN-dən APA-ya verilən məlumata görə, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edib.

Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı – Araz Ramazanov saxlanılıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Anar Ramazanov Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda yeni koronavirusdan ölənlərin sayı 16-ya çatıb

Sonrakı məqalə

Kurikulum ləğv olunacaq?