“Dinc şəkildə tələblərini qutuya qoyan türk xalqını təbrik edirik”-AĞ EV

ABŞ Türkiyədə keçirilən parlament və prezident seçkilərilə bağlı hadisələri yaxından izləyir.

Bu bardə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarakən deyib.

Qeyd olunub ki, Prezident Bayden qalib gələn şəxslə işləməyi səbirsizliklə gözləyir..

“Tələblərini sülh yolu ilə qutuya qoyan türk xalqını təbrik edirik”, – deyə Kirbi bildirib.

Seçki prosesinin hələ də davam etdiyinə diqqət çəkən Kirbi, məsələ ilə bağlı erkən açıqlama vermək istəmədiklərini bildirib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.