“Donbas məsələsini hələ həll edə bilməmişik” –Tramp

“Donbasda azad iqtisadi zona  yaradılması ilə bağlı məsələ hələ həll olunmayıb. Lakin Ukrayna və ABŞ bu məsələ ilə bağlı razılığa yaxınlaşırlar.

AzPost bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Mar-a-Laqoda danışıqlardan sonra Ukrayna Prezidenti Zelenski ilə birgə mətbuat konfransında açıqlayıb.

Donbasla bağlı suala cavab olaraq ABŞ Prezidenti bunun hələ həll olunmadığını söyləyib. Bununla belə, o, bütün tərəflərin bu məsələ üzərində işlədiyini deyib. Trampın sözlərinə görə, sülh müqaviləsi prosesində sözün əsl mənasında bir və ya iki çox çətin məsələ həll olunmalıdır.

“Məsələlərin 95 faizinin həll olunduğunu deyə bilərsiniz, amma mən faiz verməyi xoşlamıram. Bir və ya iki çox çətin məsələ var”, – deyə o qeyd edib.

Prezident Zelenski öz növbəsində qeyd etdi ki, Ukraynanın Donbasla bağlı mövqeyi yaxşı məlumdur: “Həm Ukrayna qanunlarına, həm də xalqına hörmət edilməlidir. Ukraynalıların Donbas məsələsindəki mövqeyi çox aydındır”.

Zelenski həmçinin Trampla ərazi məsələsinin çox mürəkkəb olaraq qalması ilə razılaşıb. Zelenski çıxış variantlarından biri kimi referendum keçirilməsini təklif edib: “Biz referendumu müzakirə etdik və bundan plan üçün istifadə edə bilərik”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.