Azərbaycanın diaspor fəalı Arye Qut vəfat edib

Azərbaycanın diaspor fəalı Arye Qut vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Arye Qut xstəxanada müalicə olunurdu. Onun İsraildə dünyasını dəyişdiyi bildirilir.

Mərhum A.Qut Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru idi. O, milliyətcə yəhudi olsa da, Azərbaycan dilində təmiz danışırdı.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.